Sürücülərin diqqətinə - 110-luq yolda sürət qəflətən 60-a düşür – VİDEO

Yazarlar 6 Aprel 2017 12:54 Oxunub 18396
Sürücülərin diqqətinə - 110-luq yolda sürət qəflətən 60-a düşür – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda bu yolda qayda pozmaq bir göz qırpımında baş verə bilər

Bakı Dairəvi yolunda nişanlar arasındakı uyğunsuzluq barədə Avtosfer.az çəkiliş aparıb. Həmin yolun girişində 5.1 (Avtomagistral) nişanı olduğuna görə hərəkət sürəti 110 km/saatdır. Qeyd etdiyimiz yolun üzü Beynəlxalq Avtovağzal istiqamətinə gedən hissəsində 5.2 (Avtomagistralın sonu) nişanı qoyulmadan hərəkət sürətini 110 km/saatdan bir başa 60 km saat sürətə endiriblər.Bu bir başa təhlükədir. Çünki sürücü 110 km/saat sürətlə hərəkət edirsə və 60 nişanını görəndə qəfil sürətini azaldırsa, bu, arxadan gələn sürücülərə böyük təhlükədir. Hələ bu azmış kimi 60 nişanından sonra isə körpünün qaranlıq yerində sürəti 50 km saata endiriblər. Həmin 50 nişanı da qanunsuz yerə qoyulub. Nişan əvvəlcədən qavranılmadığı üçün və lazımi təhlükənin olduğu yola qoyulmadığı üçün nişanın yeri dəyişdirilməlidir. 50 nişanından sonra yolda şaxələnmə yeri var. Sağ yol Biləcəriyə, sol yol isə Bakı-Sumqayıt yoluna çıxır. Bakı Sumqayıt yoluna gedən hissədə sərt döngə olduğuna görə qeyd etdiyimiz 50 nişanını həmin yolun başlanğıcına qoymaq lazımdır.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh