"Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsi başa çatıb

Yarışma 26 Mart 2017 14:11 Oxunub 1360
"Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsi başa çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avstraliya Qran-Prisində Ferrarinin alman pilotu Sebastyan Fettel qalib olub

"Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsinə yekun vurulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Melburn şəhərində təşkil olunmuş Avstraliya Qran-Prisində "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qalib olub. Sonrakı iki yeri "Mersedes" pilotları - britaniyalı Lüis Hemilton və finlandiyalı Valteri Bottas tutub. Yürüş 57 dövrədən ibarət olub. Fettel 1 saat 24 dəqiqə 11,672 saniyə nəticə göstərib. Hemilton ondan 9,975 saniyə, Bottas isə 11,250 saniyə geri qalıb. 7 pilot, o cümlədən ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri Fernando Alonso finişə çata bilməyib. "Maklaren Honda"nın ispaniyalı pilotu 50-ci dövrədən sonra dayanıb. İlk mərhələdən sonra Fettel 25, Hemilton 18, Bottas 15 xala malikdir. Avtomobillərin mübarizəsində isə "Ferrari" 37 xalla 1-ci,"Mercedes" 33 xalla 2-ci, "Red Bull" isə 10 xalla 3-cüdür. Mövsümün ikinci mərhələsi - Çin Qran Prisi aprelin 9-da Şanxayda keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh