Bu gündən mazut gömrük rüsumundan azad edilib

Yeniliklər 26 Mart 2017 14:20 Oxunub 1018
Bu gündən mazut gömrük rüsumundan azad edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir

Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır. Avtosfer.az APA-ya istinadən xəbər verir ki,  bu, Nazirlər Kabineti bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh