Bakıda polis almaniyalı futbolçuya belə kömək etdi - VİDEO

Gündəm 26 Mart 2017 22:11 Oxunub 5531
Bakıda polis almaniyalı futbolçuya belə kömək etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin çiynində imza verən Emre Can yığmanın avtobusuna yollanıb

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq. Avtosfer.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, matçdan bir gün öncə Bakıya təşrif buyuran Almaniya yığması məşhur otellərdən birində qonaqlayıb. Alman futbolçuları görmək və onlardan imza almaq istəyən azarkeşlər isə otelin qarşısına toplaşıb.

Maraqlısı ondadır ki, Almaniya yığmasını dəstəkləyənlər arasında azərbaycanlılar daha çox olub. Futbolçularla şəkil çəkdirmək istəyən azarkeşlər izdiham yaradıb. Polislər futbolsevərlərin qarşısını almaqda çətinlik çəkib. Alman futbolçu Emre Can imza vermək üçün polisdən yardım istəyib. Daha sonra polisin çiynində imza verən futbolçu yığmanın avtobusuna yollanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh