Yük qatarları toqquşub: ölənlər var

Qəzalar 26 Mart 2017 23:02 Oxunub 1348
Yük qatarları toqquşub: ölənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib

Başqırdıstanda iki yük qatarının toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb. Bu barədə respublikanın təcili xidmətlərindəki mənbə "RİA Novosti" xəbər verib. "İki qatar toqquşub. Onlardan biri filizlə dolu, digəri boş olub" – deyə mənbə bildirib. Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsinin rəsmi məlumatına görə, hadisə Uçalinsk filizsaflaşdırma kombinatının ərazisində, Uçala şəhərində, yerli vaxtla saat 15:05 radələrində baş verib. "Yaşayış məntəqəsinə hər hansı təhlükə yoxdur. Hadisə yerində 27 nəfər və üç ədəd texnika işləyir", - deyə Başqırdırdıstan FHN-in mətbuat katibi Yelena Mavlyutova bildirib. İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh