Kürdəmirdə yük maşını 19 yaşlı oğlanı vurdu

Qəzalar 26 Mart 2017 23:54 Oxunub 968
Kürdəmirdə yük maşını 19 yaşlı oğlanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Karrar kəndində baş verib

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun 180 -cı kilometrliyində, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Qax rayon sakini, 1981-ci il təvəllüdlü Rasul Namiq oğlu Yusifov idarə etdiyi  "Mercedes" markalı yük maşını ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü Hilal Kamal oğlu Qəniyevi vurub.

Ağır xəsarətlər alan piyada Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh