Polis əməkdaşı avtomobil qəzasına düşüb - Tovuzda

Yol polisi 27 Mart 2017 01:28 Oxunub 1467
Polis əməkdaşı avtomobil qəzasına düşüb - Tovuzda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisiın idarə etdiyi avtomobil avtobusla toqquşub

Tovuz rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisə gecə saatlarında rayonun maşın bazarının yaxınlığında baş verib. İlkin məlumatla görə, Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Müseyibov Elman Müsəllim oğlu şəxsi "Jeep" avtomobili ilə hərəkətdə olarkən Bakı istiqamətində hərəkət edən Tovuz-Bakı sərnişin avtobusu ilə toqquşub. Nəricədə polis əməkdaşı ağır xəsarət alıb. E.Müseyibov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat edilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Tovuz rayon Polis Şöbəsi hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh