Onlar yol polisinə təşəkkür edir – “Cəmi 10 dəqiqəyə tapdılar”

Yol polisi 27 Mart 2017 03:16 Oxunub 4256
Onlar yol polisinə təşəkkür edir – “Cəmi 10 dəqiqəyə tapdılar”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tanımadıqları avtomobildə yükü unudan vətəndaşlara yol polisi kömək edib

Ağdaş rayon sakini Hasil Soltan oğlu Əliyev Bakıdan rayona qayıdarkən yükünü taksidə unudub. Lakin nə qədər çalışsa da yükü tapa bilməyib. Sonda isə Dövlət Yol Polisi İdarəsinin Yevlax rayonu ərazisindəki stasionar postuna yaxınlşaraq bu barədə məlumat verib. Yol polisi əməkdaşları isə cəmi 10 dəqiqəyə yükü taparaq vətəndaşa köməklik göstəriblər.

Hasil Əliyev dünən Avtosfer.az-a müraciət edərək bildirib ki, ailəsi ilə birlikdə Ağdaşa gedərkən yükü taksidə unudub: “Bir neçə yerə zəng etdik. Dedilər, yük maşında yoxdur. Yevlax postuna gedib bu barədə məlumat verdik. Heç 10 dəqiqə keçməmişdi ki, yol polisi əməkdaşları Bakir Əhmədov və Əli İsmayılov həmin avtomobili tapdı. Sürücü ilə danışandan sonra məlum oldu ki, yük onun maşınındadır. Yükü gətirib postda bizə təhvil verdi. Mən ailəm adından həmin yol polisi əməkdaşlarına, eləcə də 8-ci tağımın komandiri Etibar İbrahimova təşəkkür edirəm. Həqiqətən da yol polisləri vətəndaşların qeydinə qalır. Postda bizi çox yaxşı qarşıladılar. Müraciətimizi dərhal araşdırıb həll etdilər. Allah onlardan razı olsun”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh