Padar-Qarasu mənzilində 12,3 km yol yenilənir - FOTO

Yeniliklər 27 Mart 2017 10:50 Oxunub 1061
Padar-Qarasu mənzilində 12,3 km yol yenilənir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Padar-Qarasu mənzilində və Padar stansiyasının baş yollarında 12,3 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb. Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 255 km dəmir yolu əsaslı təmir olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh