Avtobus çaya aşdı - 10 ölü, 25 yaralı

Qəzalar 27 Mart 2017 11:05 Oxunub 927
Avtobus çaya aşdı - 10 ölü, 25 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar

Hindistan Manipur ştatında avtobusun qəzaya düşməsi nəticəsində azı 10 nəfər həlak olub, 25 nəfər yaralanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər. İnsident Senapati rayonunda İmphal-Dimapur şosesində baş verib. Avtobus İmphaldan 65 km məsafədə yol boyunca axan çaya yuvarlanıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Polis ölənlərin sayının arta biləcəyini bildirib. Belə ki, yaralıların çoxu kritik vəziyyətdədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh