Bu gecə Neftçilər prospekti bağlanacaq

Gündəm 8 Aprel 2014 00:00 Oxunub 2199
Bu gecə Neftçilər prospekti bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 9-na keçən gecə Bakının mərkəzi prospektlərindən olan “Neftçilər” prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, “Azəryolservis” ASC əməkdaşları cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbail rayonu “Neftçilər” prospekti və “Azneft” dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq ediblər.

 

Qeyd edək ki, Bakıda yolların cizgilənməsi adətən gecə saatlarında həyata keçirilir.

 

avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh