Mikroavtobus piyadanı vurdu - Lənkəranda

Qəzalar 27 Mart 2017 11:06 Oxunub 839
Mikroavtobus piyadanı vurdu - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Ələt-Astara magistralının Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb

Lənkəran rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətdə olan "Ford" markalı "99 KD 464" dövlət qeydiyyat nişanlı mikroavtobus yolu keçmək istəyən Masallı rayonu, Qızılağac kənd sakini, 51 yaşlı Quliyev Salman Yadigar oğlunu vurub. Sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirib. Sol baldır sümüklərinin yerdəyişən qapalı, qəlpəli sınıqları diaqnozu qoyulan S.Quliyev əməliyyata hazırlanıb. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, o, hadisənin baş verməsində özünü günahkar bilib və yolu keçmək istəyərkən sürücünü çaşdırdığını söyləyib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh