Qadını vurub qaçdı - Özü də təslim oldu

Qaydalar 27 Mart 2017 17:40 Oxunub 1383
Qadını vurub qaçdı - Özü də təslim oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əzizəli Həşimov Polis Şöbəsinə gələrək təqsirini könüllü boynuna alıb

Masallı rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış sürücü təslim olub. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, martın 26-da saat 05 radələrində Masallı şəhəri ərazisində naməlum avtomobilin sürücüsünü yolu keçən  piyada Cavadova Vüsalə qızını vurub hadisə yerindən qaçıb. V.Cavadova aldığı xəsarətlərdən orada ölüb. Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həmin gün Masallı rayon sakini, “QAZ 32213” markalı, 44-BS-386 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həşimov Əzizəli Yaqub oğlu rayon Polis Şöbəsinə gələrək təqsirini könüllü boynuna alıb. Ə.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh