Metropoliten işçi axtarır

Gündəm 27 Mart 2017 18:51 Oxunub 2945
Metropoliten işçi axtarır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müraciət üçün son tarix martın 31-i müəyyən edilib

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir. Avtosfer.az xəbər verir ki, vakansiya üzrə tələblər bunlardır:

- Əsas tələb: Qülləli kranı idarəetmə hüququnu təsdiq edən sənəd;

- İş stajı: 3 ildən yuxarı;

- Yaş: 25-45;

- Hərbi mükəlləfiyyətli.

Bu vəzifəyə işə düzəlmək istəyənlər bunları bilməlidir:

- Təyin edilmiş peşə təlimatına əsasən, qülləli kranların təhlükəsiz istismar edilməsini;

- Kranların quruluşu və təhlükəsiz istismar qaydalarını, kran maşinistinin təlimatını və ilməkçilərin təlimatını;

- İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamağı, kranın əsas hissələrini vizual baxışdan keçirməyi, istiqamətləndirici və yükqaldırıcı kanatların vəziyyətini yoxlamağı;

- İlməkçi və ya işarəçi tərəfindən verilən işarəyə əsasən yüklərin qaldırılmasını, endirilməsini;

- Elektrotexnika və çilingər işini.

İş rejimi saat 08:00-dan 17:00-dək olacaq. Maraqlanan şəxslər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub, elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

 

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qülləli kran maşinisti” peşəsinin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix martın 31-i müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh