Səhlənkarlıq edən vəzifəli şəxslər həbs olunacaq - Azərbaycanda

Qaydalar 28 Mart 2017 13:17 Oxunub 2587
Səhlənkarlıq edən vəzifəli şəxslər həbs olunacaq - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəzanın ağırlaşdırılması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir

Azərbaycanda vəzifəli şəxslərin səhlənkarlığı 2 və daha çox şəxsin ölümünə səbəb olduqda 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Cəzanın ağırlaşdırılması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 314-cü (səhlənkarlıq) maddəsinə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu müddəada cərimənin miqdarının 1500 manatdan 3 min manatadək artırılması təklif edilir. Bundan başqa, maddəyə yeni bənd (314.3) əlavə edilir. Belə ki, bu əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh