Bakıda bu da oldu: Translar birləşib yük maşının sürücüsünü döydülər

Gündəm 28 Mart 2017 16:08 Oxunub 35583
Bakıda bu da oldu: Translar birləşib yük maşının sürücüsünü döydülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların şəxsiyyətləri hələ ki, məlum deyil

Bakıda yük maşını sürücüsü transseksualların hücumuna məruz qalıb. Avtosfer.az xəbər verir ki, Bakıda cinsi azlıqların nümayəndələri yük maşınının sürücüsünü soyublar. Bu barədə "Sputnik Azərbaycan"a Qaradağ rayonu 38 nömrəli polis bölməsindən məlumat verilib. Homoseksualların qurbanı 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Rahim Cəbrayılov olub. Hadisə barədə zərərçəkən özü polis bölməsinə müraciət edib. O bildirib ki,  27-dən 28-nə keçən gecə o Sahil qəsəbəsindən Bakı istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Təxminən hecə saat 1-də Cəbrayılov santexnika malları daşıdığı  "Ateko" markalı yük maşınını kömrük postundan 200 m aralıda saxlayıb. Sürücü maşının kabinəsindən çıxaraq təbii ehtiyacını yerinə yetirərkən mini yubkalı və parikli bir neçə transvisit ona hücum çəkib. Onlardan 2-ci Rahimin əllərini arxadan bağlayıb, digərləri isə onun ciblərini  axtarıblar. Soyğunçular 1456 manatı mənimsəyərəqk aradan çıxıblar.  "Zərəçəkən bildirir ki, o cinayətkarlara müqavimət göstərib. Amma onlar qadın paltarında olsalar da kişi qüvvəsinə malik olublar. Ona görə də onlara müqavimət göstərmək çətin olub"- deyə polis bölməsindən bildiriblər. Polislərin sözlərinə görə, maşın yollunun həmin yerində trenvesitlər fahişəliklə məşğul olublar. Onların şəxsiyyətləri hələ ki, məlum deyil. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh