''Maşını qaçırtmaq istəyirdim, bir də gördüm ki...'' - FOTOLAR

Xəbərlər 28 Mart 2017 17:12 Oxunub 4343
''Maşını qaçırtmaq istəyirdim, bir də gördüm ki...'' - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıdakı qəzanın xanım iştirakçısı özünü günahsız bilir

Martın 16-da Qaradağ rayonu ərazisində qəzaya düşən xanım sürücü hadisənin onun günahı ucbatından baş verməsi ilə razılaşmır. Qəzaya uğrayan ''Mercedes'' markalı avtomobilin sürücüsü Günel Əliyeva Criminal.az-a açıqlamasında bildirdi ki, yol qəzasının baş verməsində əsas günahkar hələ də onlara məlum olmayan üçüncü avtomobildir. "Sədərək" Ticarət Mərkəzi qarşısındakı Astara-Bakı istiqamətindəki magistral yolda baş verən qəzada ''Ford'' markalı sərnişin daşıyan avtomobil ilə ''Mercedes-Benz'' markalı minik maşını toqquşub. Qəza zamanı G.Əliyeva və digər sürücü xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Bir neçə gün xəstəxananın reanimasiya şöbəsində müalicə olunan G.Əliyev qəzanın onun səhvindən baş verməsini haqsızlıq hesab edir: ''Yolun sağ istiqaməti ilə gedirdim. Qarşıda metallik rəngli maşın arxaya verirdi. Qəzadan canımı qurtarmaq üçün maşını qaçırtdım. Guya metallik rəngli maşın mənə yaxşılıq edirdi. maşının arxa hissəsini yol kənarındakı dəmir arakəsməyə dogru vermək istəyirdi, bu zaman həmin maşının qabaq hissəsi yolun hərəkət istiqamətinə çıxdı. Mən maşını qaçırtmaq istəyirdim, bir də gördüm ki, mənə nəsə çırpıldı. Bundan sonra nə baş verdiyini bilmədim''.

G.Əliyeva deyir ki, qəza baş verən ərazidə müşahidə kamerası var, yəqin qeydə alınmış görüntülərdən sonra qəzanın əsas səbəbkarı məlum olacaq. ''Hələlik metallik rəngli maşın naməlum olaraq qalır. Amma saytlarda qəzanın mənim səhvimdən baş verməsi deyilir. Bu düşgün deyil. Ona görə də şikayət etmişik. Hazırda həmin maşın axtarılır''.

Məsələ ilə bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh