“Sürücülük vəsiqəm yoxdur, polislər bilsə...”- Günay İbrahimli

Avtoxəbər 26 Oktyabr 2014 01:35 Oxunub 2638
“Sürücülük vəsiqəm yoxdur, polislər bilsə...”- Günay İbrahimli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Altı dəfə kəsiləndən sonra imtahandan keçə bilmişəm»

Avtosfer.az gecce.az-a istinadən Günay İbrahimlinin müsahibəsini təqdim edir. 

 

Müğənni kimi yoxsa sürücü kimi yaxşısız?

 

-Sürücü olmağına yaxşı sürücüyəm. Müğənni kimi də deyirlər ki, pis deyiləm.

 

İlk dəfə sükan arxasında nə vaxt oturubsunuz?

 

-İlk dəfə sükan arxasına  5 il əvvəl keçmişəm. Mexanika sürmüşəm. İmtahan verdim. Düzdür ilk imtahandan kəsilmişəm. Orda qayda-qanunla sürmək lazımdır. Məni çox kəsdilər. Suallardan keçirdim, amma sınaq imtahanından  keçə bilmirdim. Sona qədər dirəndim ki, imtahan verəcəm. Nə az, nə çox, 6 dəfə kəsiləndən sonra imtahandan keçə bilmişəm. Sürücülük vəsiqəmi də almışam.

 

İlk avtomobiliniz hansı olub?

 

-İlk maşınım “BMW Troyka” olub. Çox köhnə maşın idi. 2 gündən bir ustalara gedirdim. Mənə əziyyət verirdi. Amma düzünü deyim ki, motoru çox güclü idi. Ona görə də çox sevirdim. Deyirlər ki, ilk dəfə köhnə avtomobil idarə edin. Onda adam da xamlıq olur, ora-bura sürtürsən.

 

Arzuladığın avtomobil?

 

-Belə baxanda arzularım tez-tez dəyişir. Amma istədiyim avtomobilə nail olmuşam. Düzdür, kreditdir. Amma olsun. Əsas xoşuma gələn maşını sürürəm.

 

Bu sayca neçənci avtomobilinizdir?

 

-Bu üçüncü maşınımdır. Hazırki avtomobilim Amerikan markasıdır. Hər zaman görüb bəyənmişəm. İstəyirdim ki, məndə də olsun. Pulumu yığıb “Dodge Durango”nu  aldım.

 

Sürəti sevirsiniz?

 

-Sürəti həddindən artıq sevirəm. Bunu dostlarım da yaxşı bilir. Bugünə kimi maksimal 240-la dəniz yolunda sürmüşəm.  Elə ona görə də, hazırda sürücülük vəsiqəm özümdə deyil. Alıblar əlimdən. Polislər görsə, məni danlayacaqlar(red:-gülür).

 

Yol hərəkəti qaydalarına riayət edirsinizmi?

 

-Yol hərəkəti qaydalarını yaxşı bilirəm. Amma çox pozuram. Təhlükəsizlik kəmərindən hərdən bir istifadə edirəm. Elə olub ki, qırmızı işıqda da keçmişəm, qoşa xətti də tapdalamışam, telefonla da danışmışam. Neçə dəfə yol polisləri tərəfindən saxlanılmışam. 

 

Avtomobilinizə necə qulluq edirsiniz?

 

-Maşınlara qulluq lazımdır. Elə bilirəm ki, balamdır. Vaxtı-vaxtında servisə aparıram. Bir neçə dəfə də özüm yumuşam.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh