147 saylı avtobusdan istifadə edənlər ölümlə üz-üzədir - VİDEO

Xəbərlər 28 Mart 2017 17:17 Oxunub 1904
147 saylı avtobusdan istifadə edənlər ölümlə üz-üzədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusda sərnişinlərin normadan artıq olması faktına YPX əməkdaşları nəzarət edir

147 saylı sərnişin avtobusundan istifadə edən sərnişinlər narazıdır. Bu barədə Avtosfer.az-a Abşeron rayonun Digah qəsəbəsinin sakinlərindən biri bildirib. Belə ki, qəsəbədən şəhər istiqamətinə yalnız 147 saylı sərnişin avtobusu fəaliyyət göstərir. Sərnişin sıxlığından əziyyət çəkənlər məcbur olub avtobusun qapısından tutaraq canlarını təhlükəyə atıb yollarına davam edir. Qəsəbə sakini onu da qeyd edir ki, avtobuslar artıq öz istismar müddətini başa vurub: "Bir neçə ildir ki, bu problemlə üz-üzə qalmışıq".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, qeyd edilən marşut xəttinin sahibkarına xəbardarlıq edilib: "Ancaq bu işdə təkcə BNA yox, həm də Yol Polisi əməkdaşları maraqlı olmalıdır. Çünki bu, təkcə bizim işimiz deyil. Avtobusda sərnişinlərin normadan artıq olması faktına Yol Patrul Xidmətinin əməkdaşları nəzarət edir".

Həmin qəsəbədə avtobusların sayının az olmasına gəlincə, M.Ağayev bildirib ki, əlavə avtobusların xəttə buraxılması üçün BNA iş aparacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh