Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı - Bakıda - VİDEO

Xəbərlər 29 Mart 2017 00:11 Oxunub 2584
Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı - Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunla icazə verilən ərazidən avtomobil niyə götürülməlidir?

Avtomobilini qanuni parklama yerində saxlayan sürücü 20 dəqiqə sonra onun yerində olmadığını görüb. Hadisə Yusif Xəlilovun başına gəlib. Paytaxtın Səməd Vurğun küçəsində parkomat olan ərazidə saxladığı avtomobili cərimə meydançasına aparılıb. Yusif Xəlilov cəriməsini ödəyərək maşını geri götürüb. Amma o bilmək istəyir ki, qanunla icazə verilən ərazidən avtomobil niyə götürülməlidir. Sürücüylə birgə cərimə meydançasına yollansaq da, ordan məsələyə münasibət bildirmək istəmədilər.

Bakı Şəhər Yol Polisi İdarəsindən məsləyə açıqlama gətirdilər. Bildirildi ki, avtomobil yolun kəsişmə hissəsinə yaxın məsafədə saxlanıldığı üçün ərazidən götürülüb. Avtomobilin parklanmaya icazə verən göy xəttin daxilində dayandığına gəlincə isə...

Yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bir neçə yerdə parkomatların yolun kəsişən hissəsində qurulmasına və xətlərin düzgün çəkilməməsinə rast gəlinib və problem aradan qaldırılıb. Bu əraziyə də yenidən baxış keçirilməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh