Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Yarışma 29 Mart 2017 10:30 Oxunub 1370
Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşin fasiləsiz gedişatına maneəçilik törədən avtomobillər evakuatorla aparılacaq

Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində marşrutun keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri davam edir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən verilən məlumata görə, trekin Xəqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində martın 28-dən aprelin 2-dək hər gün gecə saatlarında (saat 22:00-dan 06:00-dək) baryer quraşdırma işləri aparılacaq. Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda, işin fasiləsiz gedişatına maneəçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın küçə və ya ərazidəki parklanma yerlərinə aparılacaq. Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə, şəhər sakinlərinə əvvəlcədən təşəkkür edir. Qeyd edək ki, Formula 1-də yeni mövsümə martın 26-da Avstraliyanın Melburn şəhərində start verilib. Azərbaycan Qran Prisi 23 - 25 iyunda paytaxt küçələrində keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh