Aeroporta Kriştianu Ronaldonun adı veriləcək

Maraqlı 29 Mart 2017 11:24 Oxunub 1310
Aeroporta Kriştianu Ronaldonun adı veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərasim çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq

Portuqaliya hakimiyyəti Madeyra adasındakı aeroporta “Real”ın və ölkə yığmasının hücumçusu Kriştianu Ronaldonun adını vermək qərarına gəlib. Avtosfer.az bu barədə BBC-yə istinadən xəbər verir. Funşal şəhəri yaxınlığında yerləşən aeroportun adının dəyişdirilməsinə həsr olunmuş mərasim çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq. Mərasimdə futbolçunun özü də iştirak edəcək. Şəhərdə artıq Ronaldonun bürünc heykəli, eləcə də futbolçunun yayılmış ləqəbi olan CR7 brendi altında fəaliyyət göstərən muzey və mehmanxana var. Madeyra sakinlərinin bir qrupu bir neçə ay öncə hökumətə petisiya ilə müraciət edərək aeroportun adının dəyişdirilməsinin düzgün olmadığını bildiriblər, amma hökumət nümayəndələri bu yaxınlarda verdikləri müsahibədə skeptikləri tənqid ediblər. Madeyra aeroportu 1964-cü ilin iyul ayının 8-dən fəaliyyət göstərir və bir uçuş zolağına malikdir. Kriştianu Ronaldo 2016-cı ildə növbəti dəfə FİFA versiyasına görə, ilin ən yaxşı futbolçusu elan edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh