Salyanda avtomobil yolu yenidən qurulur – FOTO+VİDEO

Yeniliklər 29 Mart 2017 12:49 Oxunub 1477
Salyanda avtomobil yolu yenidən qurulur – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənd yolunun tikintisi 4 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq

Bu il 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrinin icra olunması ilə bağlı “Azəravtoyol” ASC tərəfindən ölkə boyu həyata keçirilən işlər çərçivəsində Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, torpaq və çınqıl örtüklü olan 16 km-lik Qaraçalar - Düzənlik- Peyk- Birinci Varlı avtomobil yolunda yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının inşası işləri aparılır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə isə xüsusi qum-çınqıl qarışığından ibarət material tökülərək yenidən kipləşdirmə işləri görülür. Daha sonra yol geyiminin əsasının tikintisi işləri aparılacaq. Yol əsası qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət olacaq. Avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq yol bir gediş bir gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət zolaqlarının eni 3 metr olmaqla ümumi hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Hər bir istiqamət üzrə 2 metr çiyinlər də daxil yol yatağının eni isə 10 metrdir. Torpaq işləri bitdikdən sonra yolun asfaltlanması planlaşdırılır. Salınacaq asfalt-beton örtüyünün qalınlığı 10 sm olmaqla 2 qat olacaq. Ümumilikdə, təqribən 100 min m2 sahənin asfaltlanması işləri görülücək. Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 54 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol kənarına təhlükəsizlik dirəkləri qoyulacaq və yola üfiqi nişanlama xətləri çəkiləcək. Bundan başqa, yolun altından suların ötürülməsi üçün 6 yerdə uzunuqları 12 metr olan dəmir borular da quraşdırılacaq. ütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin xüsusi nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Qeyd edək ki, kənd yolunun tikintisi 4 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh