"Porshe"sinə benzin almaq üçün bu yola əl atdı – ŞOK FOTOLAR

Avtoxəbər 26 Oktyabr 2014 07:53 Oxunub 2377
"Porshe"sinə benzin almaq üçün bu yola əl atdı – ŞOK FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ailəsindən benzin pulu istəməyə utanan gəncdən qeyri-adi addım

Çində qeyri-adi hadisə baş verib. Anspress-in məlumatına görə, bir gənc "Porsche" ilə gələrək yolda paltar satışına başlayıb. Belə ki, Çinin şərqində baş verən hadisə sosial şəbəkənin ən çox müzakirə edilən mövzusu olub. Adı açıqlanmayan gəncə bahalı maşını ailəsi hədiyyə edib. 100 min dollara yaxın qiyməti olan "Porsche Cayman"a benzin tökmək isə elə də asan olmayıb. Çinli gənc ailəsindən benzin pulu almağa utanıb. Maşının xərcini özü çıxarmaq üçün isə qeyri-adi yola əl atıb. O "Porshe"də gətirdiyi geyimlərini küçənin ortasında satışa çıxarıb. Polis gəncə müdaxilə edərək satışın qarşısını alıb. Əvvəl polisə müqavimət göstərən gənc sonradan yola sərdiyi geyimlərini də yığaraq hadisə yerindən uzaqlaşıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh