Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi – FOTO

Xəbərlər 29 Mart 2017 14:46 Oxunub 10815
Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-nin bu hərəkəti sürücüyə xaricdə problem yaradıb

Bakıda polis əməkdaşı sürücünün sürücülük vəsiqəsi ilə yolverilməz şəkildə davranıb. Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru qayda pozan sürücünün sürücülük vəsiqəsini deşib. Bu barədə sayta Şahin adlı sürücünün özü məlumat verib. Onun sözlərinə görə, yol polisi əməkdaşı protokol yazdıqdan sonra onun sürücülük vəsiqəsini də alıb və protokolu vəsiqəyə tikib. Nəticədə vəsiqədə bir neçə deşik əmələ gəlib. Sonrada öz avtomobili ilə xaricə gedən sürücü korlanmış vəsiqəyə görə problemlə qarşılaşıb. Belə ki, xarici ölkənin yol polisi əməkdaşları deşilmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə edən soydaşımıza bunun yolverilməz olduğunu bildiriblər. 

Qeyd edək ki, keçmiş SSRİ-də sürücülük vəsiqəsinin deşilməsi ənənəsi mövcud olub. O vaxt bir sıra ağır qayda pozuntularına görə sürücülük vəsiqəsi deşilib və vəsiqəsi üç dəfə deşilmiş sürücülər sürücülük hüququndan məhrum ediliblər. SSRİ dağıldıqdan sonra bu ənənə də tarixə çevrilib. İndiki vəsiqələrdə xüsusi "çip" yerləşdirilib. Bu vəsiqələri deşmək həmin sxemlərin zədələnməsinə səbəb ola bilər.

Qanunvericilikdə də sürücülük vəsiqəsinin deşilməsi nəzərdə tutulmur.

 

Mahir

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh