Ağstafa sakini velosipedə mühərrik quraşdırdı: saatda 60 gedir - VİDEO

Avtoreyd 30 Mart 2017 00:03 Oxunub 2080
Ağstafa sakini velosipedə mühərrik quraşdırdı: saatda 60 gedir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosiped 1 litr benzinlə 40 km yol gedir

Ağstafa sakini velosipedə mühərrik quraşdırıb. Cəmi bir günə ərsəyə gələn motorlu velosipedin kifayət qədər sürəti var. Avtosfer.az xəbər verir ki, velosiped 1 litr benzinlə 40 km yol gedir. Velosipedin pedalı yoxdur, əvəzində mühərrik quraşdırılıb.

Maraqlı ideya Ağstafanın Köçəskər kənd sakini Rəhman Quliyevə məxsusdur. İstifadə etdiyi velosipedin pedallarını sökərək, əvəzində odun kəsən mişar motoru yerləşdirən Rəhman Quliyev minik vasitəsini indi bu cür idarə edir. 27 yaşlı gənc deyir ki, velosipedə mühərrikin quraşdırılmasına cəmi 1 gün vaxt sərf edib. Minik vasitəsinin hərəkətə gətirilməsi üçün ona karbirator, benzin çəni və lazım olan digər avadanlıqlar da əlavə olunub.

Sahibinin dediyinə görə, velosiped saatda 60 km. sürətlə hərəkət edə bilir. 1 litr benzinlə 30-40 km-ə qədər yol qət etmək mümkündür. O,velosipedi təkmilləşdirmək niyyətindədir.

Rəhman Quliyev təxminən 100 manata başa gələn mühərrikli velospedin alıcısı olarsa, düzəldib satmağı da nəzərdə tutur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh