AZAL-ın vəzifəli əməkdaşı vəfat etdi - 92 yaşında

Gündəm 30 Mart 2017 12:24 Oxunub 833
AZAL-ın vəzifəli əməkdaşı vəfat etdi - 92 yaşında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var

Azərbaycanın əməkdar həkimi vəfat edib. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Hava Limanlarının İstismarı İdarəsi rəisinin tibbi-sanitar xidməti üzrə müavini Şövkətxanım Ataməliyeva 92 yaşında dünyasını dəyişib. Ş.Ataməliyeva 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib. Dəfələrlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını alıb.

Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var

ŞƏRH YAZ
Ad

E-mail

Şərh