İçib maşının yerini unudan şəxs polisə üz tutdu: Maşınımı qaçırıblar - Sumqayıtda

Gündəm 30 Mart 2017 13:31 Oxunub 3472
İçib maşının yerini unudan şəxs polisə üz tutdu: Maşınımı qaçırıblar - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb

Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib. Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb. Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh