Ölümlə nəticələnən yol qəzası baş verib - Bərdədə

Qəzalar 30 Mart 2017 13:32 Oxunub 806
Ölümlə nəticələnən yol qəzası baş verib - Bərdədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə martın 29-da rayonun Gəncə kəndində qeydə alınıb. Belə ki, naməlum sürücünün idarə etdiyi "ZAZ" markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Məlahət Yusifova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İsrail Vəlizadə tutulub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh