Sərnişin dolu avtobus mağazaya çırpıldı: 15 yaralı - FOTO

Qəzalar 30 Mart 2017 13:49 Oxunub 1700
Sərnişin dolu avtobus mağazaya çırpıldı: 15 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Qusar şəhəri ərazisində baş verib

Bu gün səhər 11 radələrində Qusar şəhərində İmamqulukənd-Qusar marşrutu ilə işləyən sərnişin avtobusu qəza törədib. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, Qusar şəhər sakini, 51 yaşlı Qalib Məhsimovun idarə etdiyi Paz markalı  sərnişin avtobusu qəfildən yoldan çıxaraq yolun sağındakı mağazaya çırpılıb.  Qəza nəticəsində 15 nəfər sərnişin tutumu olan avtobusda sərnişinlərin sayı açıqlanmasa da, burada xeyli sərnişinin olduğu deyilir. Hələlik  Qusar rayon mərkəzi xəstəxanasına iki nəfərin müxtəlif sınıqlarla daxil olduğu deyilir. Qəza zamanı avtobusun qarşısına  digər avtomobil çıxdığından sürücü  mağaza tərəfə hərəkət etməyə məcbur olub. Qəzanın başvermə səbəbi araşdırılır.

http://istipress.com/media/image/58dcbef6663e3/600@0

http://istipress.com/media/image/58dcbefe5173a/600@0

http://istipress.com/media/image/58dcbf022134e/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh