Ferrarinin məzarından meyitini oğurlamaq istədilər

Gündəm 30 Mart 2017 19:00 Oxunub 908
Ferrarinin məzarından meyitini oğurlamaq istədilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı istintaq aparılır

İtaliyada qəribə hadisə baş verib. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, "Formula-1" pilotu Enzo Ferrarinin məzarını açıb qalıqlarını oğurlayaraq girov istəməyə hazırlaşanlar həbs edilib. Dünyanın ən sürətli və bahalı avtomobillərini istehsal edən şirkətin qurucusu Enzo Ferrari 1988-ci ildə 90 yaşında dünyasını dəyişib. Bu yaxınlarda isə bir qrup şəxs onun məzarından qalıqlarını çıxarmaq istəyib. Polisin verdiyi xəbərə görə, bu çirkin planı həyata keçirmək istəyən mafiyanın məqsədi Ferrari ailəsindən pul tələb etmək olub. Hadisə ilə bağlı istintaq aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh