“Azərbaycanın iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”

Gündəm 30 Mart 2017 15:03 Oxunub 895
“Azərbaycanın iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İran prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib

“Rəşt-Astara dəmir yolunun tikintisi Azərbaycan Respublikasının iştirakı ilə başlayacaq”. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu İran prezidenti  Həsən Ruhani bu gün Gilan əyalətinə səfəri çərçivəsində deyib. O bildirib ki, Qəzvin-Rəşt dəmir yolunun cari ildə açılışı, eləcə də Rəşt-Astara dəmir yolunun tikintisi Rusiyaya səfər zamanı bu ölkənin rəhbərliyi ilə müzakirə olunub: “Bu tranzit dəmir yolunun tikintisinin başa çatması nəticəsində İranın Bəndər Abbas limanı Moskva ilə birləşəcək. Bu dəmir yolu vasitəsilə  Hindistandan yüklər daşınacaq”. Prezident qeyd edib ki, bu layihələrin həyata keçirilməsi ilə Gilan əyalətində  iqtisadi, ictimai və mədəni dirçəlişin şahidi olacağına ümid edir. Qeyd edək ki, İran prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh