Yeni sürüşmə sahələri yarandı: evlər təhlükə ilə üzləşib - Cəlilabadda

Gündəm 30 Mart 2017 15:05 Oxunub 806
Yeni sürüşmə sahələri yarandı: evlər təhlükə ilə üzləşib - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Albalan kəndində, Cəlilabad-Sadatlı avtomobil yolunun 12-ci km-də isə yeni sürüşmə-çökmə hadisəsi baş verib”

Cəlilabad rayonunda yeni sürüşmə sahələri əmələ gəlib. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun APA-ya verdiyi məlumata görə, rayonun Çinar, Soyuqbulaq və Albalan kəndlərində yeni sürüşmə sahələri yaranıb. Onun sözlərinə görə, Çinar kəndində baş vermiş sürüşmə yamacboyu aktiv fazada hərəkət etdiyindən yamacın aşağı hissəsində yerləşən 4 yaşayış evi təhlükəli vəziyyətlə üzləşib. Ekspedisiya rəisi bildirib ki, Soyuqbulaq kəndində baş vermiş sürüşmə zamanı 1 ev qəzalı vəziyyətə düşüb. “Albalan kəndində, Cəlilabad-Sadatlı avtomobil yolunun 12-ci km-də isə yeni sürüşmə-çökmə hadisəsi baş verib” – deyə o əlavə edib. Ə. Qaralov qeyd edib ki, eyni zamanda Cəlilabadın Muğan və Qarazəncir kəndlərində subasma hadisəsi baş verib, nəticədə evlərin zirzəmiləri su ilə dolub.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh