Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Gündəm 30 Mart 2017 15:11 Oxunub 810
Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh