64 ilin avtomobilini 70 min manata satışa çıxarıb - VİDEO

Maraqlı 30 Mart 2017 16:08 Oxunub 2730
64 ilin avtomobilini 70 min manata satışa çıxarıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil sahibindən cəmi bir yaş kiçikdir

Altmış beş yaşlı Qusar sakini Gülmət Şahbazov özündən bir yaş kiçik avtomobilini 70 min manata satışa çıxarıb.

AZƏRTAC xəbər verir ki, sahibi 1953-cü il istehsalı olan “QAZ-12” (ZİM) markalı avtomobili 30 il öncə Quba sakinindən alıb. Üç min rubla əldə etdiyi retro avtomobili Gülmət Şahbazovun atası sürüb. Sonradan xarab olan avtomobil ötən ilədək istifadəsiz qalıb.

Uzun illərdir maşın ustası kimi çalışan G.Şahbazov ölkəmizdə nadir rast gəlinən retro avtomobilinə ikinci həyat vermək qərarına gəlib. 64 ilin maşınında cüzi dəyişikliklər edən Gülmət bir il ərzində onu saz vəziyyətə gətirə bilib. “QAZ-12”nin zavod istehsalı detallarının demək olar hamısı saxlanılıb. İki tondan çox çəkisi olan avtomobilin uzunluğu 5,5 metrdir. 1949-1959-cu illərdə bu avtomobillərdən cəmi 21 min 500 ədəd istehsal olunub. Buraxılışının ilk illərində “QAZ-12” markalı avtomobillərdən yüksək vəzifəli məmurlar xidməti maşın kimi istifadə edib.

Təmirdən sonra “QAZ-12”ni satışa çıxaran usta avtomobilinə 70 min manat qiymət qoyub. O, avtomobilinin retro maşın kolleksiyaçılarının diqqətini çəkəcəyinə inanır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh