Bakının Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır

Gündəm 30 Mart 2017 18:51 Oxunub 945
Bakının Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkətin məhdudlaşdırılması işlər bitənədək qüvvədə olacaq

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti martın 31-dən etibarən məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq: "Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh