Beynəlxalq uçuş qaydalarının pozulmasına görə cərimə artırılır  

Gündəm 30 Mart 2017 18:54 Oxunub 773
Beynəlxalq uçuş qaydalarının pozulmasına görə cərimə artırılır   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir

Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Cinayət Məcəlləsinə əsasən, hazırda müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma əməlinə görə 500 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Dəyişiklik layihəsində cərimənin miqdarının 2 min manatdan 4 min manatadək artırılması təklif edilir. Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh