Şirkət rəhbərinin ölümü ilə bağlı açıqlama - Sərxoş sürücü vurub

Qəzalar 30 Mart 2017 19:05 Oxunub 1327
Şirkət rəhbərinin ölümü ilə bağlı açıqlama - Sərxoş sürücü vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza saat gecə saatlarında 20 Yanvar dairəsinə yaxın ərazidə baş verib

Akademi Group şirkətinin rəhbəri Razi Vəliyevin faciəvi ölümü ilə bağlı məlumat yayıb. Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, şirkətdən Modern.az-a bildirilib ki, R. Vəliyevi yolu keçərkən maşın vurmayıb: “Akademi Group-un təsisçisi və layihələr üzrə rəhbəri Razi Vəliyevin ölümü ilə nəticələnmiş qəza saat gecə saatlarında 20 Yanvar dairəsinə yaxın ərazidə baş verib. Razi Vəliyev bəzi saytların yazdığı kimi, yolu keçərkən deyil, yolun kənarında taksi sürücüsü ilə danışarkən yüksək sürətlə gələn “Cherry” markalı avtomobilin onu vurması nəticəsində dünyasını dəyişib. Hadisəni törətmiş şəxs hadisə yerindən qaçıb, amma iki saat sonra hüquq-mühafizə orqanları onu şübhəli şəxs kimi saxlayıblar. Razi Vəliyev evlidir. Onun iki azyaşlı övladı var. Bundan sonra daha əzmlə çalışaraq Razi Vəliyevin işlərinə, fəaliyyətinə və ruhuna layiq olmağa çalışacağıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh