Bakı sakinlərinin cərimə olunmadığı yeganə qayda pozuntusu - VİDEO

Yazarlar 31 Mart 2017 00:12 Oxunub 3804
Bakı sakinlərinin cərimə olunmadığı yeganə qayda pozuntusu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səs siqnallarından istifadə qaydalarını pozanlar minlərlədir

Paytaxt ərazisində, xüsusən də mərkəz ərazilərdə yerləşən məktəblərin, idarə və müəssisələrin ətrafında nəqliyyat vasitələrinin səs siqnalından istifadəsi qadağan olunsa da buna əməl olunmur. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, belə sürücülərə qarşı cəza tədbiri görülmür. Məsələn Səbail rayonu ərazisindəki, metronun İçəri Şəhər stansiyası ilə üzbəüz, İstiqlaliyyət küçəsi, 33 ünvanında 132-134 nömrəli Təhsil Kompleksinin qarşısında hər gün səhər saat 8 radələrində əsl orkestr yaşanır. Məktəbin tam yaxınlığında səs siqnalının verilməsi qadağandır işarəsi qoyulsa da onlarla sürücü buna riayət etmir.

Elə isə nə üçün sürücülər qoyulan tələbə əməl etmirlər?

Tək bu adıçəkilən məktəbdə deyil, digər orta təhsil müəssisələrinin qarşısında da övladlarını məktəbə gətirən valideynlər avtomobillərini düz məktəbin qarşısında saxlayırlar. Bütün sürücülər yalnız bir neçə maşının dayana biləcəyi yerdə növbə gözləyirlər. Qeyd edək ki, əslində bu ərazi heç dayanmaq üçün də icazəli deyil, yolun hərəkət hissəsidir. Sürücülər digər avtomobillərin normal hərəkətinə mane olmaqla yanaşı, üstəlik sıxlıq da yaradır. İbtidai sinif şagirdlərinin məktəbin qapısına yaxın yerdə saxladığını qismən başa düşmək olsa da, daha yuxarı sinifdə təhsil alan şagirdləri gətirən sürücülərin növbə gözləməsi anlaşılan deyil. Hər halda uşaqları bir-iki döngə daha ön hissədə düşürtmək olar. Onlar nəinki bunu etmir, hətta məktəb, yaşayış və iş yerlərini nəzərə almadan səs siqnallarını verməklə guya öndəki sürücülərə etirazlarını bildirirlər. Maraqlı məqam burasındadır ki, bircə nəfər də olsun, yol polis xidməti əməkdaşı protokol tərtib etmir, sürücüləri cəzalandırmır.

Bəs əslində bu qayda pozuntusuna görə sürücünü nə qədər cərimə gözləyir və nə qədər belə sürücü cərimələnib?

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, bu ilin əvvəlindən indiyədək 200-ə qədər sürücü məsuliyyətə cəlb olunub. "Məbləğə gəldikdə qeyd etməliyəm ki, bu hakimin çıxardığı qərar əsasında müəyyən olunur, dəqiq rəqəm demək çətindir. O ki qaldı mübarizəyə, hər halda hər bir təhsil müəssisəsinin yanına bir polis əməkdaşı qoyula bilməz axı. Sürücülər də gərək məsuliyyətlərini dərk etsinlər, daha salam verəndə, sağollaşanda, təşəkkür edəndə, hirslənəndə səs siqnalı verməzlər”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh