Bakıda avtobuslar üçün ayrılan xətlərin aqibətinə baxın - Qoçu sürücülər VİDEO

Qaydalar 31 Mart 2017 00:26 Oxunub 6245
Bakıda avtobuslar üçün ayrılan xətlərin aqibətinə baxın - Qoçu sürücülər VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər kütləvi şəkildə bu zolaqla hərəkət edirlər

Avtobus zolağına girən minik avtomobilinin sürücüsü yolun sonuna qədər zolaq üzrə hərəkət edir. Digər sürücü isə maşını bu zolaqda park edib. Hətta avtobus zolağında maşını geriyə hərəkət etdirənlər də var. Görüntülər paytaxtın Yusif Səfərov küçəsindəndir.

Bu görüntülər isə eyni küçədə günün pik saatlarında lentə alınıb. Kadrlardan da aydın görünür ki, avtomobillər kütləvi şəkildə bu zolaqla hərəkət edirlər. Halbuki qanunvericiliyə görə, marşrut xəttində olan avtobus və operativ nəqliyyat vasitələrindən başqa digər avtobus və avtomobillərin bu yolda başdan-başa hərəkət etməsinin cəriməsi 40 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, ərazidəki Agentliyə məxsus kameralarla bu zolaqda qaydanı pozan sürücülərin görüntüləri cərimələnməsi üçün çəkilərək yol polisinə göndərilir. Bakı Şəhər Baş Dövlət Yol Polisinin sözçüsü Vaqif Əsədov isə Xəzər Xəbər-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin göndərdiyi video-faktlar əsasında protokollar tərtib edilərək qayda pozan sürücülərin ünvanlarına göndərildiyini, həmçinin ərazidə xidmət aparan polis əməkdaşlarının qayda pozan sürücüləri yerində cərimələdiklərini dedi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh