“Formula 1”: 2017-ci il mövsümü “İdman Azərbaycan”da yayımlanacaq

Yarışma 31 Mart 2017 11:23 Oxunub 1335
“Formula 1”: 2017-ci il mövsümü “İdman Azərbaycan”da yayımlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Milli yarışımız iyunun 23-dən 25-dək Bakıda keçiriləcək

Ölkəmizin “Formula 1” azarkeşləri mövsümün ilk yarışını xarici kanallardan izləsələr də, mövsümün ikinci yarışından başlayaraq yerdə qalan 19 yarış “İdman Azərbaycan” kanalında yayımlanacaq. Avtosfer.az F-1.az-a istinadən xəbər verir ki, 20 yarışın yer aldığı 68-ci dünya çempionatının təqvimində Bakıda baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 23-dən 25-dək doğma Bakımızın küçələrində keçiriləcək. Telekanaldan verilən məlumata görə, yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışlara yenə də “İdman Azərbaycan” kanalında, 2010-cu ildən bu yarışların kanalda şərhçiləri Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında baxa biləcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh