Azərbaycan və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlayır

Yeniliklər 31 Mart 2017 12:59 Oxunub 2088
Azərbaycan və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu İran prezidenti açıqlamasında bildirib

Azərbaycan və İran yaxın vaxtlarda Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacaq. Avtosfer.az-ın "Report" istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani Gilyan əyalətində jurnalistilərə verdiyi açıqlama zamanı bildirib. İran prezidenti Rəşt-Astara dəmir yolu xəttinin əhəmiyyətindən danışıb və qeyd edib ki, bu yaxınlarda Moskvaya səfəri zamanı Rusiya rəsmiləri ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsini müzakirə ediblər. H.Ruhaninin sözlərinə görə, Qəzvin-Rəşt dəmir yolunun da tikintisi yekunlaşma mərhələsindədir: "Bu layihənin martın 20-də başlayan İranın cari təqvim ili ərzində istismara verilməsi gözlənilir". Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi üçün Azərbaycan İranın Astaradakı dəmir yolu obyektlərinin inkişafına 60 mln. avro sərmayə yatırmağı planlaşdırır. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub dəhlizinin bir hissədir. Bu, xətt eyni zamanda Azərbaycan, İran və Rusiya dəmir yollarını da birləşdirir. İlkin mərhələdə bu dəhliz vasitəsilə ildə 6 mln. ton yük, növbəti illərdə isə 15-20 mln. ton yük daşınması planlaşdırılır. Yüklər Hindistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya ərazisindən keçəcək və Skandinaviya ölkələri və Şimali Avropaya doğru 14 gün ərzində hərəkət edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh