Avtobus sürərkən nərd oynayan sürücü sərt cəzalandırıldı - VİDEO

Qaydalar 31 Mart 2017 23:46 Oxunub 7660
Avtobus sürərkən nərd oynayan sürücü sərt cəzalandırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü bu addımı başını qatmaq üçün atdığını bildirib

Avtobus sürücüsü nərd oynaya-oynaya sərnişin daşıyır. Hadisə ötən gün 160 nömrəli sərnişin avtobusunda yaşanıb.Belə ki, metronun Koroğlu stansiyasında olan mübadilə mərkəzindən Binə qəsəbəsi istiqamətinə hərəkət edən 160 nömrəli avtobusun sürücüsü sükan arxasında mobil telefonda nərd oynayıb.Onun görüntülərini isə avtobusda olan sərnişinlərdən biri lentə alıb. İçərisində  sərnişinlərin dolu olduğu avtobusu idarə edən bu sürücü sanki heçnə olamamış kimi yoluna davam edir.Araşdırma zamanı məlum olub ki,sərnişinlərin həyatını təhlükəyə atan Elşən Məmmədov adlı sürücüdür. Elşən Məmmədovdan bunun səbəbini soruşduqda o, bu addımı başını qatmaq üçün atdığını bildirdi. Marşurut xəttinin sahibkarı isə sürücülər arasında maarifləndirmə işlərinin aparıldığını deyir. Artıq həmin sürücü və marşurt xəttinin sahibi Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.

Bununla yanaşı sürücünün inzibati qaydada cərimə olunması üçün dövlət yol polisinədə məlumat verilib.

Qeyd edək ki, sürücü əlində telefon nəqliyyat vasitəsini idarə etdiyi üçün onu 50 manat miqdarında cərimə gözləyir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh