“Azəravtoyol”un maşını da “protiv” getdi - VİDEO

Avtosfer TV 31 Mart 2017 23:53 Oxunub 9628
“Azəravtoyol”un maşını da “protiv” getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ASC-nin sürücüləri sayrışan işıqdan sui-istifadə edərək qayda pozurlar

Bakı-Ələt yolunun 46-cı kilometrində yerləşən yük avtomobillərinin tərəzisində xidmət göstərən "Azəravtoyol ASC"nin əməkdaşları xidməti avtomobillərlə yolda “protiv” gedirlər. Martın 30-da isə sürücülərdən birinin bu hərəkəti Avtosfer.az-ən kamerasına tuş gəlib. Bir neçə dəfə onlara bu hərəkətin təhlükəli olduğu deyilsə də, onlar buna məhəl qoymur.

Martın 30-u qeyd etdiyimiz yerdə, 10-PX-986 qeydiyyat nişanlı xidməti avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə hərəkət edib. Həmin avtomobilin təchizatında da problem var. Bu avtomobillərə qanunsuz olaraq göy-qırmızı rəngli sayrışan işıq siqnalı quraşdırılıb, amma xüsusi səs siqnalı yoxdur. “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsində bu avtomobillər üçün sayrışan işıq siqnalı nəzərdə tutulmayıb. Yəni faktiki olaraq bu avtomobillər operativ nəqliyyat vasitəsi sayılmır. Lakin bu avtomobillərin sürücüləri sayrışan işıqdan sui-istifadə edərək qayda pozurlar. Bu işıqlar mütləq sökülməlidir.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh