Nəqliyyat müfəttişi və taksi sürücüsü qayda pozub kameraya düşdü – VİDEO

Yazarlar 1 Aprel 2017 01:32 Oxunub 2582
Nəqliyyat müfəttişi və taksi sürücüsü qayda pozub kameraya düşdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biri qayda tələb edir, digəri də qaydayaa əməl etməlidir, amma iksi də qayda pozur

Martın 27-də Bakının Fətəli Xan Xoyski küçəsində "Hyundai Accent" markalı 85-CE-492 qeydiyyat nişanlı avtomobilin sürücüsünün kobud qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Həmin avtomobilin sürücüsü taksi fəaliyyətilə məşğul olur. Həmin intizamsız sürücü qəza dayanma işıqlarını qoşub yolun hərəkət hissəsində - ikinci cərgədə duraraq digər taksi sürücüsü ilə söhbət edir.

Sumqayıt şəhərində xidmət aparan nəqliyyat müfəttşi də idarə etdiyi 50-AB-128 qeydiyyat nişanlı "Nissan Sunny" markalı xidməti avtomobili ilə yolun hərəkət hissəsində ikinci cərgədə dayanma-durma qaydasını pozub. Görüntülər başqa bir sürücünün avtomobilində quraşdırılan videoregistratora düşüb.

Nədənsə dövlətə məxsus xidməti avtomobilləri idarə edən sürücülər qanunanlara əməl etmək istəmir. Onlar elə düşünür ki, avtomobilin üstündə sayrışan işıq varsa və xidmətdədirlərsə qaydanı poza bilərlər. Əsla, belə deyil. Xidməti vəzifəni yerinə yetirən zaman belə heç kimin hüquqları tapdalana bilməz. O cümlədən də həmin yoldan istifadə edənlərin yolunu kəsmək olmaz.

Belə təfəkkürsüz sürücülər ancaq özlərini düşünürlər. Hansı ki, qarşıda birinci cərgədə dayanaraq rahat söhbətini apara bilərdilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh