Acun yol hərəkəti qaydasını pozdu - VİDEO

Avtosfer TV 1 Aprel 2017 19:30 Oxunub 1526
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüntülər Dominikdə lentə alınıb

TV8-in sahibi və aparıcı Acun İlıcalı İnstaqram səhifəsində paylaşdığı video ilə izləyicilərini qorxudub. Avtosfer.az xəbər verir ki, yüksək sürətlə motosiklet idarə edən aparıcının yol hərəkəti qaydasını pozması da gözdən yayınmayıb. Belə ki, təhlükəsizlik qaydalarına riayət etməyən Acunun nə öz, nə də arxada əyləşən dostunun başında kaska yoxdur. Bundan başqa, Acun bir əli ilə motosikleti idarə edir, digəri ilə isə video çəkir. Görüntülər Dominikdə lentə alınıb. Qeyd edək ki, A.İlıcalı illər əvvəl motosiklet idarə edərkən qəza keçirib və başından ağır xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh