“Xəstələr” üçün işıqfor yaradıldı - VİDEO

Texnologiya 1 Aprel 2017 19:45 Oxunub 2689
“Xəstələr” üçün işıqfor yaradıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güman edilir ki, piyadalar bu işığı görərək təhlükələrdən sığortalanacaqlar

Yolu keçərkən smartfonu əlindən buraxmayan, gözü smartfonda olan insanları hamınız görmüsünüz. Bu, dünyanın istənilən yerində, o cümlədən Bakı yollarında hər gün müşahidə olunan adi mənzərədir. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Hollandiyada bu cür smartfon asılılığı olan "xəstələr" üçün nəzərdə tutulmuş işıqfor sınaqdan keçirilir. Adi işıqfordan fərqli olaraq, yeni işıqfor yer səthində qurulacaq. Beləliklə, smartfona baxa-baxa yolu keçən piyadalar işıqforun hansı işığının yandığını görə biləcəklər. Artıq ilk belə işıqfor sınaq məqsədilə Bodeqraven və Erbek şəhərlərində quraşdırılıb. Mahiyyətcə, yeni işıqfor səki və yol örtüyündə quraşdırılmış işıq diodlu xətdən ibarətdir. Güman edilir ki, piyadalar bu işığı görərək təhlükələrdən sığortalanacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh