"Hətəmpaşa"nın tanışlarından pul alan polisin şikayəti təmin edilməyib

Yol polisi 1 Aprel 2017 13:32 Oxunub 2989
"Hətəmpaşa"nın tanışlarından pul alan polisin şikayəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Zamir Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə qərar elan olunub. Qərara əsasən, Z.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Z.Hüseynov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib. İttihama əsasən, 1980-ci il təvəllüdlü Z.Hüseynov həbs olunana kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib. Həmin vaxt o, Dəmirova Ayla Altay qızının ("Hətəmpaşa") qəsdən öldürülməsi faktı üzrə Səbail Rayon Prokurorluğunda Şahlar Əliyev haqqında Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə araşdırma aparıb. Z.Hüseynov 29 iyun 2015-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar qətlə yetirilən A.Dəmirovanın istifadəsində olmuş mobil telefonun yaddaşındakı nömrələrə baxış keçirib. O, "Hətəmpaşa" ilə telefonda danışan və onunla görüşən kişiləri polis bölməsinə çağırıb, xidməti otağında onlara hədə-qorxu gələrək külli miqdarda pul alıb. Cinayət işi üzrə 10-dan çox zərərçəkən olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh