20 Yanvar günü xidmət yerini tərk edən polis rəisi işdən qovuldu

Yol polisi 1 Aprel 2017 17:27 Oxunub 1165
20 Yanvar günü xidmət yerini tərk edən polis rəisi işdən qovuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bölmə rəisinin işdən çıxarılmasının təfərrüatı açıqlanıb

Bölmə rəisinin işdən çıxarılmasının təfərrüatı açıqlanıb. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report"a bildirib ki, Ceyhun Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin sərəncamına verilib. O qeyd edib ki, C.Hüseynov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və üzərinə düşən vəzifəni günün tələblərinə uyğun qurmadığına görə tutduğu vəzifədən azad olunub. Belə ki, "İntizam Nizamnaməsi"nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəhbərlik etdiyi polis bölməsində nəzarət və tələbkarlıq işini DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələbləri səviyyəsində qurması polis kapitanı R.Qasımovun özünü funksional vəzifələrinin icrasından kənarlaşdırılması, 20 Yanvar - Ümumxalq Hüzn Günü gücləndirilmiş iş rejimində xidmət yerini özbaşına tərk edib insan hüquqlarının pozulması ilə müşayiət olunan ciddi qanun pozuntularına yol verməsi ilə nəticələndiyinə görə Binqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseynov Ceyhun Cəlal oğlu tutduğu vəzifədən azad edilib.

*** 14:53

 

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub. Onunla bərabər, kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb. Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı qeyri-qanuni əməliyyat keçiriblər. Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 Yanvar - Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh