3600 manat kreditə qarşı 17 min ödəyib, amma borc qurtarmır - VİDEO

Xəbərlər 2 Aprel 2017 12:29 Oxunub 2490
3600 manat kreditə qarşı 17 min ödəyib, amma borc qurtarmır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faleh Həmzəyev hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər

Götürdüyü krediti ödəyib qurtara bilmir. Avtosfer.az-a xezerxeber.az-a istinadən məlumat verir ki, Bərdə sakini Faleh Həmzəyev, eyni bankdan ümumilikdə 3600 olmaqla 3 dəfə kredit götürüb. Adı problemli kreditlər siyahısına düşdüyündən ödəniş pensiya kartına yönəldilib. O, 4 il 7 aydır ki, pensiya kartındakı pulun hamısının kreditlərin aylıq ödəniş üçün tutulduğunu idda edir. Kredit müqaviləsini itirən Faleh Həmzəyev, 4 ildir banka 17 min manata yaxın pul ödədiyini deyir. Banka, müqavilə və ödəniş cədvəli üçün yaxınlaşdıqda isə imtina cavabı aldığını bildirir. Mübahisəli məsələ olduğundan mütəxəssilər şəxsin, əvvəlcə rəsmi sənədləri toplamalı olduğunu deyirlər. Yalnız bundan sonra ödənilən məbləğlə borc arasındakı qiymət fərqi ortaya çıxa bilər. İcra haqqında qanuna görə isə, pensiya kartının maksimum 50 faizi aylıq ödənişlərə cəlb edilə bilər. Faleh Həmzəyev hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh